KANAL24.AZ
Az Iw En Ru

Dalğıcın kamerasına tuş gələn "yeriyən balıq" - VİDEO

İndoneziyada Bali sahillərində bir Fransız dalğıc dənizə endikdə suyun dibinə doğru baxarkən qəfil iki ayaqlı və qum üzərində yeriyən bir balıq görüb. Üzərində kamerası olan dalğıc bu qəribə canlının görüntülərini qeyd etməyi bacarıb. Dalğıcın kamerasına tuş gələn balığın üzgəcləri ilə yanaşı iki ayağının da olduğu aydın görünür. Balıq bu ayaqlarını okeanın dibində dolaşmaq üçün istifadə edir. 
 
Dalğıc Emeric Benhalassa canlının dünyanın ən zəhərli balıqlarından biri olan "stingfish" olduğundan şübhələnib. Əslində isə dalğıcın şübhələndiyi növ olan stingfishlerdə ayaqlar olmur, stingfishler bədən üzvlərini qabıqlı dəniz heyvanlarını ovlamaq üçün istifadə edir, yerimək üçün yox. 
 
Mənzərələr parlaq qəhvəyi üzgəcləri olan portağal rəngli bir balığı göstərir. Okean dibində olduqca rahat şəkildə gəzməsini təmin edən ayaqları isə olduqca maraqlıdır. 
Elm insanları isə balıq haqqındakı fikirlərində ikiyə bölünüblər. Balığın görüntüləri izləyən elm insanları qəti bir fikrə gələ bilməyiblər. Sözügedən görüntülərin dəqiq tədqiqat üçün yetərsiz olduğunu qeyd ediblər.
 
Qeyd edək ki, stingfishlerdən Yapon mətbəxində çox istifadə edilir. Bundan başqa, Cənub-şərqi Asiyada şeytan olaraq adlandırıldıqları üçün tutulduqları zaman okeana atırlar.
 

 

 


02:50 10.06.2017