KANAL24.AZ
Az Iw En Ru

Ramazan məsləhəti: Susuzluğu yatıran içkilər

Ənənəvi içkilər qazlı sular kimi mədəyə zərər vermir, əksinə rahatlaşdırır, susuzluğu aradan qaldırır. Susuzluq hissinin yatırılması isə xüsusilə Ramazanda lazımdır.

Sadalayacağımız içkilər susuzluğa qarşı yaxşı köməkçidir.

İmsakda və iftarda bu içkilərə üstünlük vermək təkcə susuzluğu yatırmağa yox, sağlamlığa da yardım edir.

Keçibuynuzu bəhməzi mədə yanğısına və ağrılarına da xeyirdir.

Jenşen çayında bədənin su tutumunu təmin edən komponentlər olduqca çoxdur. İmsakda yeyilən yeməklərlə birlikdə bu çayı da içmək olar.

Jenşen çayı qədər təsirli içkilərdən biri də kəklikotu çayıdır.

Hindistan qozunun suyunun tərkibində bir çox elektrolit maddələri olduğu üçün susuzluğa faydalıdır.


22:48 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər