KANAL24.AZ
Az Iw En Ru

Xərçəngə ən çox pul xərcləyən ÖLKƏ

Dünyada xərçəng xəstəliyinin müalicəsinə ildə 100 minyard dollardan çox pul xərclənib.

Qlobal səhiyyə sığortası siyasətini analiz edən "QuintilesIMS" İnstitutunun nəşr etdiyi hesabata görə, dünyada xərçəngin müalicəsi və dərmanlara 2016-cı ildə 113 milyard dollar xərclənib. 2012-ci ildə bu rəqəm 91 milyard dollar olub.

Dünyada xərçəng üçün xərclərin 46 faizi ABŞ-ın payına düşür. Ötən il dərmanların qiyməti 8.7 faiz artıb.

Şirkət əməkdaşlarının araşdırmasına görə, xərclərin artması həm də yeni dərmanlara razılıq müddətinin qısalmasıdır. Məsələn, 2013-cü ildə xərçəngə qarşı yeni dərmanın bazara çıxarılması üçün 10 il 2 ay müddət tələb edilirdisə, 2016-ci ildə bu müddətin 9 il 8 aya düşdüyü bildirilir.


21:00 03.06.2017