KANAL24.AZ
Az Iw En Ru

Siqaretdən imtina etmək üsulları

Siqaret çəkmək çox zərərli vərdişlərdən biridir və onun törətdiyi xəstəliklərə görə hər il dünyada təxminən 5 milyon nəfər həyatını itirir. İldən-ilə onun qurbanlarının sayı artır.

Kanal24  AZƏRTAC-a istinadən bildirir ki, siqaret çəkmək orqanizmdə 20 növ xərçəng xəstəliyinə və miokard infarktına səbəb olur. Təəssüf ki, bu zərərli vərdişdən yaxa qurtarmaq heç də asan olmur.

Siqaret çəkənlərin əksəriyyətini düşündürən bir sual var: qısa müddətdə və əziyyət çəkmədən ondan necə imtina etmək olar? Təbii ki, buna fərdi yanaşmaq lazımdır və onların hər birinə uyğun metod tətbiq olunmalıdır.

Zərərli vərdişdən yaxa qurtarmaq üçün müxtəlif üsullar təklif edilir. Məsələn, siqaret çəkmək istəyini boğmaq üçün kəcəvər və ya atpıtrağının çeynənməsi qusma refleksi yaradır və növbəti dəfə siqaret çəkəndə ürəkbulanmaya səbəb olur. Siqaretdən imtina etmək üçün başqa üsullar da var.

Meşə gilasının budağı çeynəniləndən sonra siqaret çəkilməsi ağızda xoşagəlməz acı dad yaradır və siqaretə qarşı ikrah hissi əmələ gətirir.

Kəcəvər kökü ilə istiotlu nanə yarpağı 1:2 nisbətində qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 2 saat dəmlənilir. Hər dəfə siqaret həvəsi yarananda ağız boşluğu həmin dəmləmə ilə yaxalanır.

2 stəkan qaynar suya 100 qram yuyulmuş vələmir dəni tökülür, 4 saat dəmləniləndən sonra ocağa qoyulur və 1 saat dəmlənir, süzüləndən sonra zövqə görə şəkər əlavə edilir. Bişirmə gündə üç dəfə yeməkdən 1 saat əvvəl və ya sonra 100 ml içilir.

 

Hərəsindən 1 hissə xırdalanmış istiotlu nanə və su yoncası yarpaqları 2 hissə pişikotu kökləri ilə qarışdırılır, qarışıqdan 2-3 xörək qaşığı yarım litr suda 1 saat dəmlənir. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1/2 stəkan qəbul edilir.

Hərəsindən 2 hissə qaraqınıq otu və istiotlu nanə yarpaqlarına 1 hissə qarağat yarpaqları qarışdırılır, 3 xörək qaşığı qarışıq yarım litr qaynar suda yarım saat dəmlənir və hər dəfə siqaret çəkmək istəyi yarananda ağız boşluğu dəmləmə ilə yaxalanır. Dəmləməni içmək də olar.

Yarım litr 40 faizli spirtə 100 qram xırdalanmış vələmir cücərtisi əlavə edilib qaranlıq yerdə 7 gün dəmlənəndən sonra süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı içilir.

100 qram moruq çiçəkləri üzərinə yarım litr 40 faizli spirt əlavə olunur, 10 gün dəmlənəndən sonra süzülür, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.


15:18 01.06.2017