KANAL24.AZ
Az Iw En Ru

Nə edək ki, günah baxışlardan çəkinə bilək?

Quran buyurur: "Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır". ("Nur" 30).

Mömin insanın vəzifəsi budur ki, başqa bədən üzvlərinə nəzarət etdiyi kimi, gözünə də nəzarət etsin ki, günah baxışlardan uzaq olsun. Bəs günah baxışları necə müalicə edə bilərik?
Əlbəttə bu əxlaqi xəstəlikləri başqa ruhi xəstəliklər kimi iki yolla müalicə edə bilərik:
1. Fikri və nəzəri yolla.
2. Əməli yolla.
İnsanın ruhu o zaman sağlam olur ki, fikir və düşüncələri də sağlam olsun. Ona görə də bu əxlaqi xəstəliyin müalicəsində ilk olaraq fikir və düşüncələrimizə diqqət etməliyik. Bunu da Allaha olan etiqadımızı gücləndirərək, Qiyaməti yada salaraq və varlıq aləmində insanın rolu barəsində düşünərək, edə bilərik.
Sonrakı mərhələdə gərək günah baxışlarla bağlı hədislərə nəzər salaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Baxmaq - şeytanın oxlarındandır. Hər kim Allah qorxusuna görə onu tərk edər, Allah imanın şirinliyini qəlbində qərar verər". (Tebyan)
İmam Əli (ə) buyurur: "Göz, qəlbin kitabıdır". Yəni, o şeyi ki, göz görür - qəlbə hopar.
İmam Sadiq (ə) buyurur: "İnsan üçün naməhrəmə baxmamaqdan faydalı bir şey yoxdur. Çünki insan gözünü haramdan yummaz, məgər o halda ki, Allah Təalanın cəlal və əzəmətini qəlbində müşahidə edər".
İmam Əliyə (ə) sual verirlər ki, günah baxışları necə tərk etmək olar? İmam (ə) buyurur: "Bu həqiqətə əminlik əldə etmək vasitəsilə ki, o Kəsin nəzəri altında qərar tutursan ki, sənin batinindən agahdır, göz - qəlbin casusu, ağlın səfiridir. Ona görə də gözünü sənin dininə layiq olmayanlara və o şeyə ki, qəlbin onu məkruh bilir və ya ağlın (onu) inkar edir, yum".
Həzrət Peyğəmbər (s) buyurur: "Gözünü haramlara yum ki, heyrətli şeyləri müşahidə edəsən".
Əməli mərhələyə gələndə isə demək lazımdır ki, təmrin etməliyik.
Bunun üçün ciddi proqram qurub, nəfsimizin mühasibəsini çəkməklə məşğul olmalıyıq.
Əxlaq alimləri bu haqda buyurur: "Gözünü nəniki naməhrəm və günahdan, bəlkə o şey ki, səni Allahı yada salmaqdan qafil edər, yum. Onu Quranı, hədisləri qiraət etməyə, İlahi nişanələri müşahidə etməyə və ya İlahi qorxudan ağlamağa sərf et!".


04:32 14.05.2017
Xəbər lenti
Bütün xəbərlər