KANAL24.AZ
Az Iw En Ru

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

Əvvəla, hər şeydən əvvəl insan namazda diqqətli olmağa çalışmalıdır. Unutmamalıdır ki, namazın keyfiyyəti, Allah yanında dəyəri və qəbul olma şərti qəlbin də namazda iştirak etməsinə bağlıdır.

Kanal24  islam.az-a istinadən bildirir ki, amma bəzi insanlarda diqqətsizlik və huşsuzluq xəstəlik halını almışdır və onların səcdələri sayması çətindir. Xüsusilə, yaşlı şəxslərdə bu hal daha çox baş verir. Belə olan halda səcdələrin sayını bilmək üçün namazı pozmayan bəzi əlavə köməkçi vasitələrdən istifadə etmək olar. Məsələn, dini mağazalarda səcdənin sayını göstərən möhürlər satılır. Həmin möhürün üstünə alın qoyulanda sayğac bunu qeydə alır. Təsbüh vasitəsilə də səcdələrin sayını yadda saxlamaq olar. Məsələn, birinci rükətin səcdələrindən sonra təsbehi bir dəfə qatlamaq, ikinci rükətin səcdələrindən sonra daha bir dəfə də qatlamaq və s. Bir daha qeyd edirik ki, bu vasitələr namazın pozulmasına səbəb olmamalıdır. Xüsusilə, qiblədən dönməməyə və danişmamağa diqqət yetirmək lazımdır.


02:26 14.05.2017