KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan millisi İslamiadada ilk qələbəsini qazandı

Bakıda keçirilən lV İslam Həmrəyliyi Oyunlarında futbol üzrə qrup mərhələsinin II turuna yekun vurulub.

Son matçda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-ci pilləyə yüksəlib.

Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş komandaları heç-heçə ediblər - 1:1.
Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması 2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan çıxmaq şansını itirib.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv sonuncu turda Mərakeşlə üz-üzə gələcək. Oyun mayın 15-də baş tutacaq.

11 may

Qrup mərhələsi, II tur
A qrupu


Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qol:
 Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80
"Bayıl Arena"


04:18 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər