KANAL24.AZ
Az Iw En Ru

51 100 nəfərə Prezident təqaüdləri təyin olunub

Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilin 1 oktyabr tarixinə 51 100 nəfərə Prezident təqaüdü təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Kanal24-ə verilən məlumata görə, cari ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar edilib. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən 1 aprel 2014-cü il tarixdən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb.

Böyük Vətən müharibəsi iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə cari il may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.

Eyni zamanda, 17 mart 2014-cü il tarixli fərmanla I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara 1 aprel 2014-cü il tarixdən əlavə olaraq ayda 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir.


23:28 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər