KANAL24.AZ
Az Iw En Ru

Gündəlik namazlar səfərdə neçə rükət şəklində qılınmalıdır?

Şəriət baxımından səfər şərtlərinə cavab verən məsafədə və müddətdə yola çıxan adam vətəninə qayıdana kimi namazlarını qəsr şəklində qılmalıdır. Əhli-sünnə məzhəbində namazı bütöv ya qəsr qılmaq insanın öz ixtiyarındadır, amma qəsrlə qılsa daha yaxşıdır.

Kanal24.az  islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbində səfər zamanı namazlar mütləq qəsrlə qılınmalıdır, bütöv şəkildə qılınsa batildir. Qəsrin mənası budur ki, bütün 4 rükətli namazlar 2 rükət şəklində qılınır. Niyyətdə "filan namazı qəsrlə qılıram, qürbətən iləllah" deyilir. 2 və 3 rükətlik namazlar olduğu şəkildə, heç bir dəyişiksiz qılınır.


06:33 26.04.2017
Xəbər lenti
Bütün xəbərlər