KANAL24.AZ
Az Iw En Ru

Sosial ev almaq istəyənlərin sualları cavablandırıldı

Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq.

Axar.az xəbər verir ki, bununla bağlı müxtəlif suallara Vüqar Bayramov aydınlıq gətirib. Ekspert ona ünvanlanan sualları ümumiləşdirib və cavablarını təqdim edib:

- Hazırda mənzil sahibi olanlar sosial ev ala bilər?

- Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.

- Kredit borcu olanlar sosial mənzil ala bilər?

- Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə, bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə, o zaman bu, mümkündür.

- Müraciətlər neçə mərhələli olacaq?

- Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə müraciətə daha tez baxılacaq.

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1, 3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.


17:45 21.04.2017
Xəbər lenti
Bütün xəbərlər