KANAL24.AZ
Az Iw En Ru

Diş çəkdirəndə qan gələrsə...

Xeyr, diş çəkdirəndən sonra qan gəlsə də-gəlməsə də nə dəstəmaz, nə də qüsl almaq lazım deyil. Qan kəsiləndən sonra, suyun ziyanı olmadığı halda həmin yeri su ilə yaxalayıb tüpürmək kifayət edər.

Ümumiyyətlə, bədəndən gələn hər hansı yara qanı üçün dəstəmaz və qüsl almaq tələb edilmir. Yara, cızıq, irin, sızanağın deşilməsi, bakirəlik qanı və sairə hallarda qana bulaşmış yerləri su ilə paklamaq kifayətdir. Yalnız qadınlarda heyz və nifas qanı kəsiləndən sonra qüsl almaq lazımdır. Eləcə də, istihazə qanının bəzi növlərində qüsl, bəzi növlərində dəstəmaz almaq tələb olunur.


15:36 18.04.2017
Xəbər lenti
Bütün xəbərlər