KANAL24.AZ
Az Iw En Ru

Yol qırağında yaşayanlarda bu XƏSTƏLİYİN RİSKİ daha çoxdur

Vaşınqton Universiteti (ABŞ) alimləri yol qırağında yaşayan 6 min insanı müayinə etdikdən sonra  belə qərara gəliblər ki, onlarda ürək-damar sistemi xəstəliklərinin riski daha yüksək olur.

Avtomobillərin havaya buraxdığı ziyanlı qaz orqanizmdə "yaxşı" xolesterinin səviyyəsini aşağı salır ki, bu da "pis" xolesterinin səviyyəsinin qalxmasına səbəb olur. Orqanimdə "pis" xolesterinin artması aterosklerozun və nəticədə ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

Alimlərin müşahidələrinə görə, iri magistral yolların qırağında artıq 3 ay yaşayandan sonra insanlarda "yaxşı" xolesterinin səviyyəsində dəyişikliklər baş verir.

Beləliklə, alimlər iri magistral yolların yanında yaşamağı tövsiyə etmirlər ki, bu ürək-damar sistemi xəstəliklərinin və vaxtından tez ölümün riskini artırır.(Sciencedaily.com)


15:19 18.04.2017