KANAL24.AZ
Az Iw En Ru

Avtoxuliqanlıq edən 150 sürücü saxlanılıb

Bu ilin 9 ayı ərzində Bakıda avtoxuliqanlıq edən 150, polisin qanuni əmrinə tabe olmayan 2968 sürücü saxlanılıb.

Bunu Kanal24-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən deyiblər.

Bölmədən bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində yol hərəkəti qaydalarının pozulmasına görə yol polisi əməkdaşları tərəfindən 139 443 inzibati protokol tərtib edilib.

Onlardan avtomobili sərxoş halda idarə edən 4751, qəza şəraiti yaradan 3782, işıqforun qırmızı işığında hərəkət edən 8640, ötmə və manevretmə qaydalarını pozan 2545, sürət həddini aşan 1816, yolayrıcını keçmə qaydalarını pozan 75 965, sərnişindaşımada yol hərəkəti qaydalarını pozan 1526 sürücü aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Bundan əlavə, yol hərəkəti qaydalarını pozan 108 664 piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.


23:57 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər