KANAL24.AZ
Az Iw En Ru

Uruqvayda 1,7 min insan təxliyə edilib

Uruqvayda güclü yağışlar və Kuareym çayının daşması nəticəsində baş verən daşqınlar səbəbi ilə 1,7 min insan təxliyə edilib.

Bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Hallar üzrə Milli Sistemi məlumat yayıb.

Təxliyə edilən insanlar 15 müvəqqəti sığınacaqlara yerləşdirilib. Onlar qida və zəruri şeylərlə təmin olunub.

Qeyd edək ki, hazırda Kuareym çayının səviyyəsi 8,8 metrə düşüb. Hakimiyyət hesab edir ki, yenidən güclü yağışlar başlamasa, təxliyə edilən insanlar 2 gün ərzində evlərinə dönə bilərlər.

15:43 14.04.2017
Xəbər lenti
Bütün xəbərlər