KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan torpaqlarında erməni zabitlərinə ev verildi

Azərbaycanın 25 ildir ki işğal altında olan, “Martuni” adlandırılımış Xocavənd rayon mərkəzində  67 erməni zabitinə yeni mənzil verilməsi ilə bağlı mərasim keçirilib. 
 
Erməni mediasının  yaydığı xəbərə görə, işğalçı zabitlərə yeni mənzillərin açarlarını Xankəndindəki qondarma separatçı və terrorçu rejimin “baş naziri” Araik Arutyunyan və “müdafiə naziri” Levon Mnasakanyan təqdim edib. Zabitlər üçün 3 çoxmənzilli bina tikildiyi məlum olub. 
 
Ev alan zabitlər arasında Ermənistandan gələnləri də var. Bunu öz “Facebook” səhifəsində qondarma rejim lideri B.Saakyanın müşaviri  Tiqran Abramyan etiraf edib. Onun sözlərinə görə, ermənistanlı zabitlər xidmətlərini bitirdikdən sonra da ailələri ilə birgə Xocavənddə yaşamaq qərarına gəliblər.(Moderator.az)

15:15 14.04.2017