KANAL24.AZ
Az Iw En Ru

İnformasiya texnologiyaları layihələrinin maliyyələşdirilməsinə start verildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) xətti ilə banklar tərəfindən sahibkarlara kreditlər verilir.

Kanal24.az xəbər verir ki, “GoldenPay” və “Enginet” şirkətlərinə kreditlər ayrılıb. Belə ki, “GoldenPay” şirkətinə onlayn ödəniş sisteminin inkişafı üçün “PashaBank” tərəfindən 400 min manat məbləğində güzəştli kredit ayrılıb. Respublika Bankı isə internet xidmətlərinin təşkili və müasir texnologiyaların tətbiqi ilə şəbəkəsinin genişləndirilməsi üçün “Enginet” şirkətinə 500 min manat həcmində güzəştli kredit verib.


18:03 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər