KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava durumu

Azərbaycanda aprelin 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5°, gündüz 10-14° isti olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında hava arabir yağış, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcək, qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, arabir yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəzlənəcək. Gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir.
 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Gecə 3-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı ehtimalı var.

 


05:37 03.04.2017
Xəbər lenti
Bütün xəbərlər