KANAL24.AZ
Az Iw En Ru

Yevlaxda qətl - həmyerlisini güllələyərək öldürdü

Yevlax rayonunda qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.


19:26 30.03.2017
Xəbər lenti
Bütün xəbərlər