KANAL24.AZ
Az Iw En Ru

Azərbaycana daxili orqanlarında narkotik gətirən şəxs həbsxanada öldü

Azərbaycanda daha bir məhkum ölümü baş verib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1970-ci il təvəllüdlü Ruslan Vaqif oğlu Əbdürrəhmanov xəstəlikdən dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, 2014-cü ildə Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin "Qoşa təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əbdurrəhmanov Ruslan Vaqif oğlu saxlanılıb. Baxış keçirilən zaman onun daxili orqanlarında 3 növ narkotik maddə aşkar edilib.


18:44 30.03.2017