KANAL24.AZ
Az Iw En Ru

Bakıda gənc oğlan ülgüclə intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, ev 7-a ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1996-cı il təvəllüdlü Babayev Baba Fərhad oğlu yaşadığı evdə qollarını ülgüclə doğrayıb. Nəticədə B. Babayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.


18:05 30.03.2017
Xəbər lenti
Bütün xəbərlər