KANAL24.AZ
Az Iw En Ru

İranlı jurnalistlər Bakıya gələcək

İran İslam Respublikasında fəaliyyət göstərən bir sıra elektron və yazılı mətbuat orqanlarının nümayəndələrindən ibarət heyət oktyabrın 15-də Bakıya səfər edəcək. 

 

Kanal24.az AzərTac-a istinadən xəbər verir ki, səfərin məqsədi Azərbaycan-İran münasibətlərinin inkişafında mətbuatın rolunun gücləndirilməsidir.

Oktyabrın 17-dək davam edəcək səfər çərçivəsində iranlı jurnalistlərin Azərbaycanın media strukturlarının rəhbərləri ilə və rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Qonaqlar bir neçə media qurumunda iş prosesi ilə də maraqlanacaqlar.


05:49 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər