KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə daha bir terrorun qarşısı alındı

Türkiyənin Tunceli vilayətində PKK-terrorçu qruplaşması tərəfindən hazırlanmış terror aktının qarşısı alınıb.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, Tuncelidə yola 2 ton ammonium nitrat ilə gücləndirilmiş 9 kanistr benzin və 5 böyük borucuqdan ibarət əl istehsalı olan partlayıcı aşkarlanıb.

Rəsmi məlumata görə, avtomobil yolunda hazırlanan terror aktının qarşısı alınıb. Partlayıcılar xüsusi təyinatlı dəstə tərfindən zərərsizləşdirilib.

Ölən və yararlananlar olmayıb.


17:34 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər