Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) başçısı Edvard Nalbandyan cümə günü ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandla görüşüb.
Kanal 24.az virtualaz.org-a istinadən bildirir ki, xəbəri Ermənistan XİN-in mətbuat xidməti yayıb.
Görüşdə tərəflər Qarabağ probleminin nizama salınması prosesində sülhə nail olunması üçün mövcud şəraitdə atılan addımları müzakirə ediblər.