KANAL24.AZ
Az Iw En Ru

Sanksiyalar Kadırovu atlarından məhrum etdi

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov sanksiyalara görə Çexiyada olan cıdır ayğırlarını götürə bilməyib.

Bu haqda NEWS.ru bildirib.

Beş ayğırın ümumi qiyməti altı milyon dollardan çox qiymətləndirilir. Kadırovun atlarına baxan Arslan Şavuyevin sözlərinə görə, atlar sanksiyaların qüvvədə qaldığı illərdə yarışda iştirak etmək qabiliyyətini itirib.

“Onların beş yaşı var, ən yaxşı illər artıq keçib. At üçün ən yaxşı illər üç, maksimum dörd yaşdır. Sanksiyalar olmasaydı, hər şey daha yaxşı ola bilərdi”, - atçı bildirib.

Şavuyev qeyd edib ki, sanksiyalar Kadırovu maliyyə zərərinə görə hisrləndirməyib: “Onu hirsləndiyən atların cəzalandırılmasıdır. İndi onlar Dubayda Sülhün Kubokuna gedə bilməyəcəklər”.


16:30 25.03.2017