KANAL24.AZ
Az Iw En Ru

Küçədə əskərləri bıçaqlayıb öldüdülər

Venesuelada beş küçə uşağı iki əsgəri bıçaqlayaraq qətlə yetirib.

Hadisə Sabana Qrand bulvarında baş verib. Hadisə zamanı iki qrupa ayrılan uşaqlardan bir qrupu mülki geyimdə olan iki əsgərdən birinin çantasını götürüb və bulvarın o biri tərəfində onları gözləyən digər qrupun yanına qaçıb. Bu zaman çantasını almaq üçün onların arxasınca qaçdığını görən yeniyetmələr əsgərlərə bıçaqla hücüm edərək onları qətlə yetiriblər.

Qeyd edək ki, qətli törətməkdə təqsirləndirilənlər 8, 12, 14, 15 və 17 yaşlı oğlan uşaqlarıdır.


15:31 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər