KANAL24.AZ
Az Iw En Ru

Tillerson Ankarada bu məsələləri müzakirə edəcək

Tillerson Ankarada İŞİD-lə mübarizə məsələlərini müzakirə edəcək.

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu haqda Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Dövlət katibi Ankaraya səfəri martın 30-da reallaşacaq. ABŞ xarici siyasət idarəsinin başçısı Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Məlumata görə, görüşlərdə NATO çərçivəsində əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin yolları müzakirə olunacaq.


15:08 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər