KANAL24.AZ
Az Iw En Ru

Babayana 2 aylıq həbs verildi

Cümə günü, martın 24-də İrəvanda məhkəmə Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayanın 2 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Bu barədə “Ermənistan xəbərləri” portalına Babayanın vəkili Avetis Kalaşyan bildirib.

O, Babayana ittihamın Cinayət Məcəlləsinin hansı maddəsi ilə irəli sürüldüyünü dəqiqləşdirməyib, bununla birlikdə qeyd edib ki, ittiham əsassızdır.

Xatırladaq ki, S.Babayan Ermənistanda silahlı çevrilişə cəhdlə bağlı başlanmış iş çərçivəsində 22 martda həbs edilib.


15:03 25.03.2017