KANAL24.AZ
Az Iw En Ru

Mədən qəzasında 8 nəfər həlak oldu

Çinin Xenan əyalətinin Linbao şəhərinin yaxınlığında mədəndə qəza baş verib.

Bu haqda yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi bildirib.

Qəza nəticəsində 8 nəfər həlak olub. Hadisə anında mədəndə 18 işçi olub. Onlardan on nəfəri yerin üstünə qaldırmaq mümkün olub.

Hadisənin səbəbləri aydınlaşdırılır. “Sinxua” xəbər verir ki, mədəndə qəzadan əvvəl naməlum mənşəli buxar ortaya çıxıb və partlayış təhlükəsi yaranıb.

Qeyd edək ki, Çin mədənçıxarma sənayesi dünyada ən təhlükəli iş yerlərindən biridir. Hər il mədənlərdə minlərlə şaxtaçı ölür.


14:56 25.03.2017