KANAL24.AZ
Az Iw En Ru

İmişlidə “Şəkər bayramı” keçirilir

Kanal24.az xəbər verir ki, mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, şəkər zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb. Bildirilib ki, 2006-cı ildən fəaliyyət göstərən müəssisənin hesabına 3 mindən artıq İmişli sakini işlə təmin edilib.
Tədbirdə ölkəmizdə qeyri-neft sektorunun çox sürətlə inkişaf etdiyi, İmişlidə son illər aparılan abadlıq işləri barədə məlumat verilib.
“Azərsun Holdinq” şirkətlər qrupunun baş direktoru Savaş Uzan rayon sakinlərini bayram münasibətilə təbrik edib. O, zavodun MDB məkanında bu sahədə ən böyük istehsal müəssisəsi olduğunu söyləyib.
Sonra incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
Tədbir şəkər zavodunda davam edib. Çıxış edənlər bu müəssisənin işə düşməsindən sonra İmişlidə və ətraf rayonlarda vətəndaşların sosial-rifah halının yaxşılaşdığını diqqətə çatdırıblar. Ən çox məhsul təhvil verən mülkiyyətçilərə, ümumilikdə, 20 ton şəkər tozu və qənd hədiyyə edilib.
Sonra 2014-cü ilin şəkər çuğunduru tədarükünə başlanılıb.


01:34 15.10.2014