KANAL24.AZ
Az Iw En Ru

Hər 10 adamdan biri...

Obezit ümumi olaraq bədənin yağ miqdarının həddindən artıq artması nəticəsində boyun uzunluğuna görə, bədən ağırlığının arzu edilən səviyyədən üstünə çıxmasıdır. Yetkin kişilərdə bədən ağırlığının 15-18%-i, qadınlarda isə 20-25%-ində yağ toxuması meydana gəlir. Bu miqdarın kişilərdə 25%, qadınlarda isə 30%-dən çox olması obezitə səbəb olur.

Obezit xroniki böyrək xəstəliyinin inkişafı üçün güclü bir risk faktorudur. Bütün dünyada olduğu kimi, getdikcə artan uşaq obezit sayı yüksək rəqəmlərə çatmışdır.
 
Son araşdırmalara görə, dünyada hər 10 adamdan biri böyrək xəstəlikləri riskini daşıyır.
Obezit yalnız böyrək xəstəliklərinə deyil, ürək və damar xəstəliklərinə də səbəb olur. Bu məqsədlə obezit ilə mübarizə aparılmalıdır. Xüsusilə uşaqlarda erkən yaşlarından tədbirlər həyata keçirilməlidir. Əks təqdirdə, başda böyrək xəstəlikləri olmaqla, bir çox xəstəlik riski artır.


05:28 21.03.2017