KANAL24.AZ
Az Iw En Ru

İnsanlar yuxusuz neçə saat dayana bilər?

Yuxu insanın ən vacib ehtiyaclarından biridir. Az yatdığımız, ya da heç yata bilmədiyimiz günlərdə özümüzü həyatdan bezmiş, çox yorğun və əzgin hiss edirik. Burada belə bir sual yaranır. Görəsən insan yuxusuz neçə saat yaşaya bilər?
 
Bu sualın cavabı 264 saat, yəni təxminən 11 gündür. 
 
1965-ci ildə 17 yaşında bir lisey tələbəsi bir elm sərgisində 11 gün yuxusuz qalaraq dünya rekordunu əldə edib.
 
Başqa bir çox araşdırmalarda normal fərdlərin səkkiz gündən on günə qədər oyaq  qala biləcəyi məlum olub. Bu fərdlərdən heç birində ciddi tibbi, fizioloji və ya psixoloji  problemlər görülməyib. Bununla yanaşı, təcrübədə iştirak edənlərin hər birində yuxusuzluq artdıqca diqqət pozulması və yüksək zehini gərginlik müşahidə olunub. Buna baxmayaraq fərdlərin hər birinin bir-iki günlük yuxudan sonra normal hallarına qayıtdıqları da sübut olunub...
 
Çikaqo Universitetinin yuxu laboratoriyasında siçanlarla aparılan təcrübələrdə iki həftə ərzində bu heyvanların yuxusuzluğu ölümlə nəticələnib. Yuxuya  getmədiklərini anlamaq üçün, bu siçanların beyin dalğaları daimi nəzarətdə olub. Bu heyvanların ölüm səbəbi qəti olaraq açıqlanmayıb, amma hipermetabolizmayla bağlı ola biləcəyi irəli sürülüb.
 
Xatırladaq  ki, yuxusuzluq nəticəsində ölən insan hələ qeydə alınmayıb. 

18:50 20.03.2017
Xəbər lenti
Bütün xəbərlər