KANAL24.AZ
Az Iw En Ru

Boyunuzun uzun olmasını istəyirsiniz?Bunları yeyin

Süd, pendir və qabaq tumunun boy uzatdığını demək olar ki, hər kəs bilir. Ancaq elə qidalar da var ki, onların boy uzatdığından xəbərsizik.

Nişasta

Nişasta bədənin ən əsas enerji mənbələrindən biridir. B vitamini, lif, dəmir, maqnezium və kalium ehtiva edir. Uşaqların boyunun uzanmasına yardım edir.

Yumurta

Yumurta ağı zülal və B2 vitaminindən ibarətdir. Ona görə də, hüceyrələrin çoxalmasına kömək edir. Boyun uzanması üçün orqanizmin B2 vitamininə ehtiyacı var.

Soya lobyası

Soyanın tərkibində bol miqdarda zülal var. Bu qida sümükləri gücləndirir və sümük toxumalarının çoxlamasına kömək edir. Gündə 50 qram soya yemək boyun uzanmasını sürətləndirəcək.

Yulaf

Yulaf da zülalla zəngin qidalardan biridir. Yulaf bədənin əzələ kütləsini artırır, piy miqdarını azaldır. Səhər yeməyində yulaf yemək məsləhətdir.

Mərcan kalsiumu

Mərcan kalsiumu apteklərdə həb şəklində satılır. Ancaq ondan istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.

Toyuq və hinduşka əti

Toyuq və hinduşka ətinin tərkibindəki zülal əzələ və toxumaların inkişafını dəstəkləyir.


11:37 20.03.2017