KANAL24.AZ
Az Iw En Ru

Nizami rayon İcra Hakimiyyətinin başçısı ictimaiyyətə təqdim edilib

Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin yeni başçısı Nizami Hacıyev ictimaiyyətə təqdim edilib.

 

Kanal24.az xəbər verir ki, təqdimat Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

E.Vəliyev təqdimat mərasimində bildirib ki, bir neçə il İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışan, daha sonra Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunan N.Hacıyev ölkə rəhbərinin 13 oktyabr 2014-cü il sərəncamına əsasən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, N.Hacıyevi ictimaiyyətə təqdim edərək, ona işlərində uğurlar arzulayıb.

N.Hacıyev çıxış edərək ona göstərilən etimada görə ölkə rəhbərinə minnətdarlığını bildirib. O, yeni təyin edildiyi vəzifəyə layiq olacağına söz verib.


23:33 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər