KANAL24.AZ
Az Iw En Ru

Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirdəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 17-də Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Kanal24.az FHN-in saytına istinadən xəbər verir ki, qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 16 mart 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


03:09 16.03.2017
Xəbər lenti
Bütün xəbərlər