KANAL24.AZ
Az Iw En Ru

Taksi sürücüsü yanacaqdoldurma məntəqəsini partlatdı - DƏHŞƏTLİ QƏZA - VİDEO

Nyu-Yorkun şimal hissəsində yanacaqdoldurma məntəqəsi partlayıb.

Publika.az-ın xəbərinə görə, "Uber" sərnişindaşıma şirkətinə məxsus "Nissan X-Trail" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yanacaqdoldurma məntəqəsinə çırpılıb. Qəza nəticəsində partlayış baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hərəkət zamanı bir başqa nəqliyyat vasitəsi "Nissan X-Trail" markalı avtomobili sıxışdıraraq yoldan çıxarıb.

Hadisə zamanı 35 yaşlı sürücü və 40 yaşlı qadın sərnişin yüngül xəsarət alıb.

"Uber" şirkətisə yaydığı açıqlamada sürücünün işdən azad olunduğunu bildirib.


21:05 15.03.2017