KANAL24.AZ
Az Iw En Ru

Baş nazirin müavini Zabratda subasma problemindən danışdı: "Qərar qəbul olunub"

Zabratda subasma problemi ilə bağlı qərar qəbul olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov deyib.

A.Şərifov bunun ciddi məsələ olduğunu qeyd edib: "Subasma Məhəmmədi qəsəbəsinə gedən yol boyunca müşahidə olunur. Bunun nəticəsində Zabratdakı qəbiristanlıq da su altında qalır. Bu məsələ üzərində “Azərsu” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi çalışır".

Baş nazirin müavini əlavə edib ki, Nazirlər Kabinetinin tapşırığı ilə qiymətləndirmə aparılıb: "Hesab edirəm ki, yaxın zamanlarda “Azərsu” tərəfindən bu istiqamətdə işlər başlayacaq".


19:17 15.03.2017
Xəbər lenti
Bütün xəbərlər