KANAL24.AZ
Az Iw En Ru

Kanal24 rəhbəri xaricdə yaşayan soydaşlarımızı təbrik etdi

“Xaricdə yaşayan hər bir azərbaycanlı bizim həmin ölkədəki elçimizdir.”Bu sözləri mərhum prezident  Heydər Əliyev söyləmişdir.Bəli,hansı ölkədə yaşamasından,hansı peşənin sahibi olmasından asılı olmayaraq onlar hər cəhətdən Azərbaycanımızı,vətənimizi təmsil edirlər.

Hazırda Azərbaycan Respublikasından kənarda 40 milyondan artıq azərbaycanlı yaşayır. Öz tarixi torpaqlarından, dədə-baba yurdlarından kənarda yaşayan azərbaycanlıların sayı isə 10 milyon nəfərə yaxındır.Vətənindən,torpağından,elindən-obasından ayri yaşamaq heç də asan olmayan bir işdir.Ürəyində vətən sevgisi olan hər bir vətəndaşın niskili daima hiss olunur.

Bu gün xalqımız Novruz Bayramı ərəfəsindədir.Bu gözəl, qədim bayramımızı böyük coşqu, sevinc və həvəslə qeyd edirik. Xaricdə yaşayan soydaşlarımız da birlik, mehribanlıq, bərəkət rəmzi olan Novruz bayramını böyük həvəslə qeyd edirlər.Öz qədim, gözəl adət-ənənələrimizi qoruyub saxlayan, yaşadan azərbaycanlı ailələr azərbaycançılığımızı unutmayaraq əslində bu yolda necə böyük işlər gördüklərinin fərqinə belə varmırlar.Onlar yaşadıqları ölkədə böyük Azərbaycan mədəniyyətini, Azərbaycan dövlətini təmsil edirlər. Məndə bütün xaricdə yaşayan soydaşlarınızı bu gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hər bir azərbaycanlı ailəsinə uzun ömür, sağlıqlı can və xoşbəxt həyat arzulayıram.Xaricdə yaşamağınıza baxmayaraq ürəyiniz həmişə Azərbaycan üçün, vətən üçün döyünür. Bu gözəl, ülvü, saf duyğuların daha da artmasını, doğma torpağa daha sıx bağlarla bağlanmağınızı diləyirəm.

Novruz bayramınız mübarək əziz soydaşlarımız. Var olun!


23:00 14.03.2017
Xəbər lenti
Bütün xəbərlər