KANAL24.AZ
Az Iw En Ru

Novruz Məmmədov üçün özəl gün-70 yaş

15 mart ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012-ci ildən) və Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müavini (1997-ci ildən). Novruz Məmmədovun 70 yaşı tamam olur

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya müdafiə etdi və filologiya elmləri namizədi dərəcəsinə yiyələnib.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun "hazırlıq" fakültəsi, 1993-1997-ci illərdə isə "fransız dili" fakültəsində dekan vəzifəsində çalışıb.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müavini vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

Novruz Məmmədov 1998-ci ildə Fransa Prezidenti Jak Şirak tərəfindən "Fəxri Legion" ordeni ilə təltif edilib. Daha sonra 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilən Novruz Məmmədov, 29 noyabr 2012-ci ildən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavininidr.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

Kanal24 komandası adından Novruz müəlimi təbrik edir uca Allahdan can sağlığı arzu edirik


00:49 15.03.2017