KANAL24.AZ
Az Iw En Ru

Ötən il üzrə erkən nikahla bağlı 17 fakt

Ötən il Azərbaycanda orta məktəblərdə və uşaq müəssisələrində olan uşaqlara qarşı 8 cinayət faktı törədilib.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib.

Uşaqlara qarşı törədilən cinayətlərin müxtəlif xaraketli olduğunu deyən R.Süleymanzadə bildirib ki, 2016-cı ildə uşaqlar arasında 32 intihar hadisəsi də qeydə alınıb.

Onun sözlərinə görə, bundan başqa, ötən il erkən nikahla bağlı 17 fakt qeydə alınıb. Erkən nikahlarla bağlı Gəncədə 10 fakt, Qubada 5, Cəlilabad və Cəbrayılın hər birində 1 fakt qeydə alınıb.

R.Süleymanzadə bildirib ki, erkən nikahlarla bağlı faktlardan 2-si üzrə cinayət işi başlayıb:

"Qalanlarla bağlı isə cinayət işi başlamayıb. Çünki onlar üzrə rayon icra hakimiyyətləri tərəfindən nikah yaşının 1 il aşağı endirilməsi üçün əsaslar göstərilib".


05:52 21.02.2017