KANAL24.AZ
Az Iw En Ru

Polisin tələb etdiyi kreslolar neçəyədir?

Dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərdə azyaşlıların daşınması zamanı xüsusi oturacaqlardan (avtokreslo) istifadə edilməməsinə görə sürücülərin cərimələnəcəyini açıqladı. Həmçinin, təhlükəsizlik məqsədi ilə arxa oturacaqlarda da "avtokreslo"ların istifadə edilməli olduğu bildirildi. Bundan sonra isə sosial şəbəkələrdə vətəndaşlar "avtokreslo"ların qiymətlərindən şikayətlənməyə başladılar.

Kanal24.az xəbər verir ki, qafqazinfo bununla bağlı kiçik araşdırma apararaq bazarda xüsusi oturacaqların hansı qiymətə satıldığını müəyyən edib.

Bəlli olub ki, yeni "kreslo"ların qiyməti 150-350 manat arası dəyişir.

 Alqı-satqı saytlarında sürücülər işlənmiş oturacaqlar da təklif edirlər. Bu zaman isə qiymət "kreslo"nun vəziyyətindən asılı olaraq dəyişir. İkinci əl xüsusi oturacaqlar isə 40-100 manat qiymətə satılır.

19:05 17.02.2017
Xəbər lenti
Bütün xəbərlər