Nigeriyada “Boko Haram” qruplaşmasının silahlılarının hücumu nəticəsində azı 7 hərbçi ölüb, 19-u yaralanıb.
"RİA Novosti"xəbər verir ki, terrorçular pusqudan əsgər konvoyuna hücum ediblər. İnsident Borno ştatında, Aciri və Dikva şəhərləri arasında baş verib
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.