KANAL24.AZ
Az Iw En Ru

Qəzada yaralananan Polşanın baş naziri Varşavaya aparılıb - YENİLƏNİB

Yol qəzasında xəsarət alan Polşanın baş naziri Beata Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılıb.
 
Baş nazirin vəziyyətinin stabil olduğu bildirilir.
 
Bununla belə hakim "Hüquq və ədalət" partiyasının sədri Yaroslav Kaçinski baş nazirin ciddi xəsarət aldığını bəyan edib. Qəza zamanı B.Şidlodan başqa sürücü və mühafizəçilərdən biri zərər çəkib.
 
Qeyd edək ki, Beata Şidlonun kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi Krakov şəhəri yaxınlığında baş verib.


15:01 11.02.2017