KANAL24.AZ
Az Iw En Ru

Facebook-da yazdığı status 17 yaşlı qızın qətlinin üstün açdı - YENİLƏNİB - VİDEO - FOTO

İstanbulun Bağcılar istiqamətində çalışan 17 yaşlı Cansu Çart adlı qız ayrıldığı sevgilisi tərəfindən küçənin ortasında tüfənglə vurulub. Vurulma anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb. 

Qaçmağa çalışan M.A.K. polislər tərəfindən saxlanılıb .M.A.K. haqqında məhkəmə həbs qərarı çıxarıb. 

Cansu Çartın atasının keçən ildən bəri həbsxanada olduğu, ailəsini saxlamaq üçün börəkçi dükanında çalışdığı məlum olub. 

Qeyd edək ki, qızı öldürən qatil M.A.K.-ın Facebook hesabından etdiyi paylaşımla cinayət törədəcəyi əvvəlcədən bilinib, hətta alacağı cəzanı belə nəzərə alıbmış. Qatilin hesabında "Hər şey üstümə gəlir. 36 ili gözə alıram artıq" yazdığı məlum olub.

Videonu izləmək üçün şəklə klikləyin:

Keçmiş sevgilisinin öldürdüyü 17 yaşlı qızın son paylaşımı kövrəltdi

----------

 

11:21

İstanbulda 17 yaşlı qız yaşıdı tərəfindən küçədə güllələnib.

"Hürriyet" bildirir ki, Cansu Çartını eks-sevgilisi M.A.K. öldürüb. O, Cansunu küçədə tüfənglə öldürüb.

Oğlan Cansunu qız ondan ayrıldığına görə qətlə yetirib.

Qeyd edək ki, qızın atası ötən il həbsxanaya girib. Cansu ailəsinə baxmaq üçün çörəkçidə işləyib.

Ölümündən sonra Cansunun feysbuku izlənilib. Qızın: "Yaşamaq ümiddirsə, ümid edirəm, hər şey gözəl olacaq", - yazısı diqqət çəkib.


06:43 11.02.2017