KANAL24.AZ
Az Iw En Ru

Türkiyə və Ukrayna daxili sənədlərlə səfərlər barədə saziş hazırlayırlar

Ukrayna XİN rəhbəri Pavel Klimkin bəyan edib ki, Ukrayna və Türkiyə vətəndaşlarının daxili sənədlər üzrə vizasız səfərlərinə dair saziş bağlamaq planlaşdırılır. Onun türk həmkarı Mövlud Çavuşoğlu isə əlavə edib ki, Türkiyə Ukrayna turistlərini 2017-ci ildə daxili sənədlərlə qəbul etməyə hazırdır. 

Bu barədə RİA Novosti məlumat yayıb.

“Vizasız rejim tətbiq edilir, lakin gələcəkdə Ukrayna və Türkiyə vətəndaşları adi pasportlardan istifadə etmədən ölkələrə daxili sənədlə səfər edə biləcəklər. Biz bu barədə razılığa gəlmişik, texniki detalları işləmək qalıb. Müvafiq sazişin yaxın günlərdə imzalanacağına ümid edirik”, - Klimkin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuat konfransında bildirib. 

2012-ci ildə Ukrayna və Türkiyə ölkədə 90 gündən çox olmayaraq qalmaq şərti ilə viza rejimini ləğv ediblər. Hazırda ukraynalılar Türkiyəyə xarici pasportla gəlirlər, Türkiyəyə daxil olarkən, pasporta müvafiq qeydlər edilir. 


05:51 11.02.2017