KANAL24.AZ
Az Iw En Ru

Filippində güclü zəlzələ - Xəsarət alanlar var (YENİLƏNDİ)

Filippində baş verən zəlzələ nəticəsində iki nəfər xəsarət alıb, bir neçə yaşayış evinə ziyan dəyib.

 TASS agentliyi xəbər verir ki, bəzi ərazilərdə elektrik enerjisi kəsilib.

Bu gün Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Butuan şəhərindən 96 km, Talisay şəhərindən isə 2 km cənub-qərbdəa, ocağı isə 10 km dərinlikdə yerləşib.

***

Filippində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Talisay şəhərindən 2 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində olub.

Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat verilməyib.

Seysmoloji idarənin yaydığı məlumatda sunami təhlükəsi olmadığı qeyd olunub.


05:04 11.02.2017
Xəbər lenti
Bütün xəbərlər