KANAL24.AZ
Az Iw En Ru

Dalğalar 114 milyon manatlıq kokaini sahilə çıxardı

Böyük Britaniyanın Norfolk qraflığında dalğalar sahilə 360 kiloqrama yaxın kokain çıxarıb. 

Bu barədə fevralın 10-da, The Guardian nəşri məlumat yayıb.

Narkotik vasitənin əsas hissəsi Şimal dənizi sahillərində Hopton-on-si kəndi yaxınlığında tapılıb. Kokainin qalan hissəsi isə Keyster-on-si yaşayış məntəqəsindən 16 kilometr şimalda aşkarlanıb. Narkotikin bir neçə su keçirməyən bağlamaya yığıldığı qeyd olunur.

Bildirilir ki, yükün ümumi qiyməti təxminən 50 milyon funt sterlinq (114 milyon manat) təşkil edir.

Faktla bağlı Britaniya Milli cinayətkarlıqla mübarizə agentliyi tərəfindən araşdırma aparılır. 


05:00 11.02.2017
Xəbər lenti
Bütün xəbərlər