KANAL24.AZ
Az Iw En Ru

İki yük avtomobili toqquşdu

Siyəzəndə iki yük avtomobili toqquşdu.

FHN-ə istinadən xəbər veririk ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində "Reno Tir" markalı yük avtomobili ilə "Ford" markalı yük avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Reno Tir" yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürüçünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 03:04-də başa çatıb.


16:56 30.01.2017