KANAL24.AZ
Az Iw En Ru

Emirates aviaşirkəti Trampın sərəncamından sonra heyəti dəyişməli oldu

Emirates aviaşirkətinin rəhbərliyi Amerika prezidenti Donald Trampın sərəncamından sonra ABŞ reyslərində heyətin tərkibini dəyişməli olub.

Bu barədə Khaleej Times aviadaşıyıcının nümayəndəsi məlumat verir.

“ABŞ-ın yeddi dövlətin vətəndaşlarının ölkəyə gəlişinə tələblərindəki son dəyişikliklər bütün sərnişinlərə və heyət üzvlərinə aiddir. Son tələblərə müvafiq olaraq, biz heyətin tərkibində lazımi düzəlişləri etmişik”, - deyə nümayəndə bildirib.

Xatırladaq ki,  ABŞ İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənin  vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırıb.


06:41 30.01.2017