KANAL24.AZ
Az Iw En Ru

Bakıda 92 yaşlı qadın cəsədi tapıldı

Bakıda mənzildə 92 yaşlı qadının cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər veririk ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:02-də başa çatmışdır.


04:08 30.01.2017