KANAL24.AZ
Az Iw En Ru

Trampın sərəncamı DAYANDIRILDI

ABŞ hakiminin qərarına görə, aeroportlarda qalan viza sahibləri və qaçqınların deportasiyası müvəqqəti olaraq dayandırılır. Bu deportasiyalar Prezident Trampın şənbə günü imzaladığı sərəncamı ilə həyata keçirilirdi.

Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) cümə günü imzalanan sərəncama qarşı iddia qaldırıb.

BBC-i bildirir ki, qurum ehtimal edir ki, təxminən 100-200 adam aeroportlarda yaxud da yolda qalıb.

Minlərlə adam ABŞ aeroportlarında cənab Tramp-ın immiqrasiya ilə bağlı siyasətinə etiraz edib.

Donald Trump

Onun sərəncamı ABŞ-ın qaçqın proqramını tam olaraq dayandırıb. İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına isə ölkəyə 90-günlük qadağa qoyub.

Sərəncam imzalanarkən təyyarədə uçanlar, ABŞ aeroportuna daxil olan kimi saxlanılıb. Bu, hətta viza və ya başqa immiqrasiya sənədlərilə ölkəyə daxil olanlara şamil edilib.

Şənbə günü cənab Tramp jurnalistlərə deyib: "Çox yaxşı alınır. Aeroportlarda, hər yerdə bunu görürsünüz".


02:21 30.01.2017